• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

XƏYANƏT...

  • Digər
  • 29 Avqust 2014 10:17
  • 702 Baxış
XƏYANƏT...

Yüz illərdir “Ey iman edənlər! Bilə-bilə Allaha, onun Peyğəm-bər(lər)inə (aranızdakı əmanətlərə xəyanət etməyin”), deyə səslənir qutsal kitab(lar) amma “iman etdik”, deyib də, xəyanəti tərk et-məyənlər var...

“Xəyanətin kiçiyi-böyüyü olmaz”, – dedi hz.İsa. Nə olsun? – insanların böyük bir bölümü yenə də tərk etmədi xəyanəti. “Bilmədən etdim”, deyənlər başqalarına da, özlərinə də yalan söy-lədilər. Etdiyinin xəyanət deyil, yanlışlıq olduğunu anladaraq, özünü müdafiə edir belələri... İngilis filosofu A.Teylorun “bilmədən edilən xata yanlışlıq, bilərək edilən xata isə xəyanətdir” – düşüncəsi kimi düşüncələrin altına... “bilmədən etdim” deyərək, sığınmaqda davam edir “qanan qanmazlar”...

Bəs xəyanət nədir, bir çoxları ondan niyə əl çəkə bilmir? Xəyanətə sürükləyən səbəb nədir? Bu barədə çox oxudum amma ən təsirli sözü bu sözlərdə tapdım: “Bilir dünya, bilir tarix, bilir zaman, həsəd olmuş ilk anası xəyanətin!”(S.Vurğun). Bəli, məhz mənəviyyatı zəif insanlar edirlər xəyanəti. “Xəyanət və fırıldaq namusla yaşamağa ağlı çatmayan axmaqların əməlidir” (B.Franklin). Xəyanətkarlar onu gizli saxlaya biləcəklərini düşünürlər amma gizli qalan xəyanət oldumu bu günə qədər? Sezar tarixi bir sözündə deyirdi: “Mən satqınlara, xəyanətkarlara nifrət edir, eyni zamanda onlardan faydalanıram”. Bəli, xəyanət -karlardan sadəcə faydalanırlar, sayğı duymurlar onlara. Qədim Roma tarixçisi K.Tasitin təbirincə desək, xainlərə, hətta onların xidmət etdikləri adamlar da həqarət bəsləyirlər. Xəyanət xisləti ilə mübarizə üçün insan hər zaman nəfsi ilə mübarizə aparmalı, özünü tərbiyə etməlidir. Gerçəkdən də xəyanətin böyüyü-kiçiyi olmur və insan heç bir zaman ona əl atmamaq üçün hər zaman özü ilə mübarizə aparmalıdır.

“…Əgər bir insana xəyanət etsən bu səni ölənə qədər düşündürər və sən bundan xilas ola bilməzsən.” (F.A.Volf) – budur xəyanətin mahiyyəti. Bəzən isə insanlar xəyanətə cavabın yanlış yolunu seçirlər: Xəyanətə xəyanətlə cavab vermək! Hz. Peyğəmbərimiz (s.a.s) deyirdi: “Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan”. – Bundan gözəl ifadə edilə bilməzdi bu olay...

Özünüzü xəyanətdən qoruyun! Başqalarına xəyanət edən özünə də xəyanət etmiş olur...

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR