Digər
Ölən rublu diriltmək cəhdi – Rusiya Mərkəzi bankı bazara 2.6 milyard dollar buraxdı
Bu gün Moskva birjasında rus rublunun məzənnəsi yenidən dollar və avro qarşısında cüzi də olsa dəyər qazanıb.
Publika.az xəbər verir ki, 1 dollar 53,41 rubl, 1 avro isə 65,85 rubl təşkil edib. Əslində rublun özünə gəlməsi Rusiya Mərkəzi Bankının intervensiyasının nəticəsidir.
İqtisadçi-ekspert Samir Əliyev qeyd edir ki, aylıq fasilədən sonra Rusiya Mərkəzi Bankı yenidən bazara müdaxilə etmək məcburiyyətində qalıb: “Mərkəzi Bank dekabrın ilk 4 günü ümumilikdə bazara 2,6 milyard dollar həcmində intervensiya edib. Bazara dekabrın 2-si 700 milyon dollar, dekabrın 4-ü isə 1,9 milyard dollar buraxıb. Sonuncu intervensiya prezident Putinin çıxışı şərəfinə həyata keçirilib. Mərkəzi Bank göstərmək istəyib ki, prezidentin çıxışı investorlarda rubla qarşı inamı artırıb. Halbuki bu qədər vəsaitin bazara atılmasına rəğmən, rubl ucuzlaşmaqda davam edib”.
İqtisadçı bildirib ki, ümumilikdə 2014-cü ildə Mərkəzi Bankın rublun müdafiəsi üçün bazarda satdığı dolların həcmi 74 milyard 378 milyon olub.
İqtisadiyyat şöbəsi
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi