Digər
Palataya yerləşdirilən xalq artisti Publika.Az-a danışdı - EKSKLÜZİV -
Xalq artisti, guya bu gün saat 18:00-da xəstəxanadan buraxılacağı barədə mətbuatda yayılan məlumatlara da aydınlıq gətirdi.
"Bu gün müəyyən prosedurları keçəndən sonra, axşam saatlarında, təxminən 20:00 radələrində evə buraxılma ehtimalım var"
---------
18:07
Publika.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, populyar
estrada müğənnisi Mübariz Tağıyev palataya köçürülüb. Xalq artisti
ilə əlaqə saxlayıb, təəssüratlarını öyrəndik. Ağır nəfəs almasına
baxmayaraq, M.Tağıyev Publika.Az-a fikrini bildirdi:
“Özümü normal hiss edirəm. Sadəcə, ola bilər ki, dərmanlardandır. Zəiflik hiss edirəm. Tikilmiş yaralar yavaş-yavaş sağalır. Nəfəsim yerindədir, ürəyimin döyüntüsü çox normaldır”.
Müğənni pərəstişkarlarına da səsləndi.
“Tamaşaçılarıma və dinləyicilərimə sizin vasitənizlə deyirəm ki, sizə dərin-dərin minnətdaram. Çox sağ olsunlar! Mən onları izlədim, bir az kövrəldim. Amma yenə də sağ olsunlar. Əməliyyat yaxşı keçib. Hər şey Allahın əlindədir. İnşallah, solo-konsertimi başa çatdıracağam. Dostlarıma, tanışlarıma minnətdaram! Siz də sağ olun ki, məni diqqətinizdə saxlamısınız”.
Qeyd edək ki, xalq artisti M.Tağıyev mayın 29-da ürəyindən əməliyyat olunub.
Fuad Mədətov
Publika.Az
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi