Kirayə evlər niyə bahalaşıb? – Açıqlama
Bizi izləyin

Digər

Kirayə evlər niyə bahalaşıb? – Açıqlama

“Bu ilin noyabr ayında kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi böyük sahəyə malik olduğundan, bazarda aktivliyin azalmasına baxmayaraq qiymətlər 830 $/mənzil-dən 16,87% artaraq 970 $/mənzil dəyərində qərarlaşıb”.

Bunu Publika.az-a açıqlamasında “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib. O deyib ki, bazarda əməliyyatların sayı 1,36% azalaraq 145 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı -2,8% azalaraq 11,8 $/kv.m-dən 11,47 $/kv.m-ə düşüb: “Qeyd edildiyi kimi, nəzərə alsaq ki, noyabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində artım qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən artımı normal hesab etmək olar. Noyabr ayında tələb portfelində bahalı evlərin (aylıq kirayə haqqı 1000$-dan yuxarı) payı 62,0% artaraq 40%, ucuz evlərin (aylıq kirayə haqqı 500$-a qədər) payı isə -6,0% azalaraq 48,0% olub, orta qiymətə (500$-1000$ aralığında) kirayə evlərinin payı isə uyğun olaraq 3,0% artaraq 42,0% təşkil edib”.

N.İbrahimov bildirir ki, kirayə bazarına bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olub: “Tələb portfelinin bir qismini isə qısa müddətli -1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.2014-cü ilin noyabr ayında kirayə mənzil bazarında təklifin həcmi 18% artaraq 272 mənzil olub. Aktivliyin azalması nəticəsində təklif portfelində artımın əsas səbəbi qeyri-mövsümi ayların olması ilə əlaqədardır. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilər azalır bu kirayə mənzil bazarında boş mənzillərin sayının artmasına gətirib çıxarır. Ay ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının artması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub”.

Ekspert deyir ki, kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malikdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm