• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Telman İsmayılov: “Mardan Palace” adlı bu əsəri əsla satmayacağam”

  • Digər
  • 30 Mart 2015 16:16
  • 1 205 Baxış
Telman İsmayılov: “Mardan Palace” adlı bu əsəri əsla satmayacağam”

Üç gündür Türkiyə mətbuatı dünyanın ən lüks hotellərindən hesab edilən “Mardan Palace”nin iyunun 3-də satışa çıxarılacağından bəhs edir.

Hotel Antaliya 4. İcra Dairəsi tərəfindən tender yolu ilə satılır. İş adamı, milyarder Telman İsmayılovun inşa etdirdiyi hotelə 650 milyon TL, otelin yanındakı villalar üçün isə 69 milyon 750 min TL dəyər biçilib. Bu vəziyyətdə hotel 325 milyon TL başlanğıc qiymətlə satışa çıxarılacaq.

Onu da bildirək ki, tenderə qatılmaq istəyənlər 20 gün əvvəldən öz təkliflərini təqdim etməlidirlər. İlk tenderdə satış reallaşmazsa ikinci tender iyunun 30-da baş tutacaq.Tender şərtlərində də hotelin sahəsi 93 min 64 kvadrat metr göstərilib. Hoteldə dörd kral nömrə dairəsi daxil olmaqla 560 otaq var. Bundan əlavə “Mardan Palace”də 900 nəfərlik ana restoran, 10 lüks restoran, 500 nəfərlik gecə klubu və 3 hamam tiklisi yerləşir.

Qeyd edək ki, hotel üçün elan edilən binanın qiyməti inşasına xərclənən vəsaitdən

2 dəfə azdır. Belə ki, “Mardan Palace”ə 1.5 milyard dollar xərclənib. Hotel 2009-cu ildən xidmətə açıq elan edilib. İstanbulun Dolmabahçe Sarayı, Anadolu və Avropa yakası nümunə götürülərək 3 mərhələli arxitektur planda tikilən hotelin 16 min kvadrat metrlik nəhəng hovuzu İstanbul boğazına bənzədilib. Onu da bildirək ki, T.İsmayilov, ilk etapda sərmayəsinin 580 milyon dollar olaraq olacağını güman edib. Lakin xərcləmələr milyardı aşıb. Bu qiymət o zaman hər kəsi şoka salmışdı. Çünki bir hotel üçün 1,5 milyard dollar böyük investisiya sayılırdı. Hətta ekspertlər sərmayənin geri qayıtması üçün 30 il müddət tələb olunduğunu söyləyirdilər.

İş adamının özü isə bu haqda belə deyirdi: "Dərdim pul qazanmaq olsaydı, enerji sektoruna girişərdim. Bu oteli mənim kim olduğumu anlasınlar, tanısınlar deyə inşa etdirmişəm. Əslində bu layihəyə başlayarkən xərcimi 550 - 580 milyon dollar arasında proqnozlaşdırırdım. İnşaat işləri davam etdiyi zaman bir çox şeyi bəyənməyib, sökdürüb, yenidən inşa etdirdim. Bura giriş qapısı, fəvvarələr, yaşadığım evin tavanı və bir çox şey daxildir. Bu səbəbdən də xərclər yüksəldi. Ancaq ucuz şorbanın dadı olmaz. Nəticə etibarı ilə hotelə 1,5 milyard dollar xərclədim. Deyə bilmərəm nə qədər qazanacam. “Mardan Palace” xərclədiyim pula 5 hotel tikdirə bilərdim. Ya da 1.5 milyard dolları enerji sektoruna yatırdardım. İldə də 300 milyon dollar qazanardım. Ancaq mən qalıcı bir şey etmək istədim”.

“Sən saydığını say, gör fələk nə sayır” misalı əbəs yerə yaranmayıb. İş adamı hotelin açlışında tikilinin nəvələrinə miras qalacağını dilə gətirmişdi: "Əqrəb bürcüyəm və ona görə də bir az dəliyəm. Bu əsəri əsla satmayacağam. Həyatımda sahib olduğum heç bir şeyi satmamışam. Yalnız Kremlin yanında bir ofis mərkəzi tikmişdim. Oranı satdım. Əqrəblər bir az dəli olar. Uşaqlarımı, nəvələrimi də tənbeh etmişəm. Nə olur olsun, hoteli satmayacaqlar. “Mardan Palace” ailə mirası olaraq əsrlər boyunca yaşayacaq. Atamın bir sözü var, həmişə qulağımda sırğadır. Əgər varlandıqdan sonra 5 -10 adamı da varlı etmisənsə, o zaman qazandığın pul sənə halaldır”.

O ki qaldı hotelin indi satılması səbəbinə, illərdir mətbuat “Mardan Palace”nin işıqpulunu ödəyə bilmədiyini yazır. Vəziyyətə damğanı isə “Halk Bank”dan alınan kredit vurub. İş adamının banka 719 milyon tl borcu var.

“Forbes”in qiymətləndirməsinə əsasən, T.İsmayılov 0,75 milyard dollara sahibdir. O, “Mardan Palace”dən başqa AST şirkətlər qrupuna sahibdir. İsmayılov Rusiyanın 200 varlı iş adamının siyahısında 137-ci sırada yer alır.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR