Tikintiyə sərf edilən vəsait artıb
Bizi izləyin

Digər

Tikintiyə sərf edilən vəsait artıb

Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3232,8 milyon manat vəsait yönəldilib.

Publika.az xəbər verir ki, bunun 74,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 14,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına 2279,4 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 953,4 milyon manat vəsait yönəldilib. Sərmayənin 30,0 faizi dövlət, 70,0 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 54,7 faizini təşkil edib. Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2293,4 milyon manat, bank kreditləri 82,9 milyon manat, büdcə vəsaitləri 651,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 79,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 94,7 milyon manat, sair vəsaitlər 30,8 milyon manat təşkil edib.

Statistika göstərir ki, yanvar-mart aylarında neft bölməsinə 1529,8 milyon manat həcmində vəsait yönəldilib. Qeyri-neft bölməsinin inkişafına sərf edilən 1703,0 milyon manatlıq vəsaitin 154,4 milyon manatı (ümumi sərmayənin 4,8 faizi) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib. Qeyri-neft bölməsinə yönəldilən vəsaitin 50,3 faizi qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.

O ki qaldı neft bölməsinə yönəldilən vəsaitin aylar üzrə bölgüsünə, yanvarda bu rəqəm 437,4 milyon manat (ümumi həcmdə xüsusi çəkisi 64 faiz), fevralda 456,4 milyon manat (ümumi həcmdə xüsusi çəkisi 45,0 faiz), martda 636 milyon manat (ümumi həcmdə xüsusi çəkisi 41,4 faiz) olub. Martda qeyri neft böləsinə 899,3 milyon manat yatırılıb. Bunun da ümumi kapital qoyluşunda payı 58,6 faiz olub.

Onu da bildirək ki, hesabat dövründə xarici mənbələrdən əsas kapitala 1464,4 milyon manat vəsait yönəldilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm