Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni vəzifələri müəyyənləşdi
Bizi izləyin

Digər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni vəzifələri müəyyənləşdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, qaydalar Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı ilə müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlik üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti informasiya sahibi kimi nazirliyin vəzifələri sırasında yer alıb. Qaydalar nazirliyin www.mlspp.gov.az saytında yerləşdirilib.

Bundan başqa, əmrə əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Nazirliyin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm