“Bakcell” və AFFA üçüncü Yay Futbol Məktəbinin məşqlərinə başlandığını elan edib
Bizi izləyin

Digər

“Bakcell” və AFFA üçüncü Yay Futbol Məktəbinin məşqlərinə başlandığını elan edib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bekcell” şirkəti və Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşqlərinə başlandığını elan edib.

Publika.az-ın xəbərinə görə, bunu “Bakcell” şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib. O qeyd edib ki, yay futbol məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etməkdir. Onun sözlərindən məlum olub ki, Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıda təşkil olunan seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq layihəsinin məşqləri və “Mançester Yunayted” Futbol Məktəbinin baç məşqçisi Mick Bennett tərəfindən həyata keçirilib.

Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər iyun ayının 1-dən 5-dək Bakıda “Bayıl Arena”stadionunda təşkil olunan təlim-məşqlərdə iştirak edir. Təlimlərə “Mançester Yunayted” Futbol Klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz və Olleuz Kristofer rəhbərlik edir: “Üçüncü dəfədir AFFA və Mançester Yunayted ilə birgə futbol məktəbi təşkil edir. Bu il seçimdə iştirak edən uşaqların sayı ötən ilkindən 300 nəfər çox olub. Sayın ildən-ilə artması layihənin uğurlu olmasına işarə edir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar artıq bir neçə dəfədir seçimdə iştirak edirlər. Hazırda məktəbimizin məzunlarının 80 faizindən çoxu perespektivli klubları təmsil edir. Onlardan biri bu il U-13 liqasında ən yaxşı oyunçu adına layiq görülüb. Başqa bir iştirakçının isə “Fenebahçe” klubunda çıxış edəcəyi gözlənilir”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə bildirib ki, “Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınan brendin Azırbaycanda olması çox müsbət haldır: “İnanırıq əməkdaşlıq, uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə edə biləcəyik. Bir nəfərin seçilərək İngiltərəyə -Mançester Yunayted Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru addım atmasına şərait yaradıb”.

Çıxışlardan sonra seçilmiş gənc futbolçularla xatirə fotosu çəkilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm