• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Siyasət və dəb: Birinci ledinin sadə stili – FOTOLAR

  • Qadın
  • 14 Aprel 2014 18:46
  • 3 378 Baxış
Siyasət və dəb: Birinci ledinin sadə stili – FOTOLAR

Rusiyanın prezidenti Vladimr Putinin keçmiş həyat yoldaşı Lyudmila Aleksandrova Putina 1958-cı ildə Kalininqradda anadan olub. Onlar 30 il ömür-gün yoldaşı olublar. Yox, mən Lyudmila Aleksandrovanın V.Putindən boşanması haqqında danışmaq fikrində deyiləm. O mövzuya heç toxunmayacam. Bu yazıda Lyudmila Aleksandrovanın sadə, dəbdəbəsiz, buna baxmayaraq, diqqətimi cəlb edən geyim tərzi haqqında danışmışam. Hələlik isə eks birinci xanımı yaxından tanıdan bir neçə fakta nəzər salaq.

Lyudmila 5 yaş böyük olan olan V.Putinlə Leninqrada səfəri zamanı ondan tanış olub. Üç il yarım sonra, 28 iyul 1983-ci il, Lyudmila və Vladimir Putin evləniblər.

Lyudmila Aleksandrovna 1986-cı ildə Leninqrad Dövlət Universitetinin Filalogiya fakultəsini bitirib. O, Rus dili (indi şəxsiyyətlərarası kommunikasiya Mərkəzi) inkişafı mərkəzinin yaradılmasının təşəbbüskarıdır. Alman, ispan, fransız, portuqal dillərində danışa bilir.

1986-1990-ci illərdə, həyat yoldaşı ilə birlikdə ADR-də işləyib. 1990-1994-ci illərdə Leninqrad Dövlət Universitetinin müəllimlərin təkmilləşdirmə kafedrasında alman dilindən dərs deyib.

Rusiyanın keçmiş birinci xanımı mətbuatdan uzaq, kübar həyatdan kənar gəzsə də, teatr incəsənəti və musiqisi ilə yaxından maraqlanır, romansları çox sevir. Tennislə, dağ xizək idmanı onun sevimli məşğuliyyətləri sırasındadır.

Ərinin birinci hakimiyyəti dövründə o, öz üzərinə düşən vəzifələri və protokol üzrə tələb olunan bütün funksiyaları yerinə yetirirdi. Bu müddət ərzində dövlət tədbirlərində və rəsmi görüşlərdə çox az-az görünərdi. Prezidentliyinin ikinci dövründə isə həyat yoldaşının yanında daha çox görməyə başlayır.

Putinin prezidentlik müddəti başa çatdıqdan sonra Lyudmila Aleksandrovna rəsmi tədbirlərdən uzaqlaşdırılır, baxmayaraq ki, rəsmi protokola uyğun olaraq baş nazirin xanımı onu müşayiət etməli idi. Onlar haqqında nə qədər xəbərlər yazılsa da, onun sükutu pozmaq fikri yoxdur. L. Aleksandrovna inadla susur. Bununla da o, ideal rus qadını adına layiq olduğunu göstərməyə çalışır.

Keçmiş birinci xanımın təmtəraqdan uzaq və sadə stili

Stili haqqında söz salmazdan əvvəl deyim ki, artıq çəkiləri bunu inkar etsə də, Lyudmila Aleksandrova cavanlıqda çox cazibədar xanım olub, sadəliyi də onun gənclik illərinin xəzinəsidir. Üz ifadəsinə nəzər salsaq, plastik əməliyyatların heç bir izinə rast gəlmərik.

Onu həqiqətən də dünyanın ən sadə birinci xanımı elan etmək olar. Bahalı daş-qaşı, dəbdəbəli zinət əşyalarını onun üslubuna tamamilə yad detallar hesab etmək olardı. Çünki o, ölkənin birinci xanımı olsa da, bərbəzəyi ilə diqqət çəkməyi sevmirdi. Adətən bir cüt mirvari sırğa ilə kifayətlənirdi.

Birinci xanım olduğu 8 il ərzində onun stilində ancaq saç düzümündə hər hansı dəyişiklik etdiyini müşahidə etmək olar. O, gah sarışın olur, gah saçını şabalıdı, gah da bal köpüyü rənginə boyayırdı. Hərdən onları lap qısa, hərdən də çiyindən kəsdirirdi. Qalan hər şey isə dəyişməz olaraq qalırdı - biz birinci xanımın üslubunda təkamülün heç bir elementini görmədik. Birinci xanımın üslubunda ifadəsiz və tutqun rənglər hakim olub: pastel və qəhvəyi.

Maksi ətəklərin uzunluğu birinci xanımın qüsurlarını örtsə də zəriflik və incəlikdən məhrum edirdi. Həcmli çiyinlikləri olan pencəklərə olan sevgisi isə onu partiya işçisinə bənzədirdi. Məktəbli yaxalıqlar, nəcib göy rəng və dar olmayan şalvarlar ona çox yaraşır. Onun stilində ən çox diqqət çəkən məqam iri şlyapalardır. Onlar bəlkə də Rusiyanın keçmiş birinci xanımının ən sevimli aksessuarlarıdır. Lakin təəssüflə qeyd etməliyəm ki, bu, onda çox uğursuz alınırdı.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR