Qadın
Şakira alt geyimində kamera qarşısına keçdi: "Qadınlardan tələb olunurdu ki..." - FOTO
47 yaşlı məşhur müğənni Şakira "Allure" jurnalının aprel sayının üz qabığında çəkilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bodidə və alt geyimlərində kamera qarşısına keçən ulduz həm də övladlarının tərbiyəsindən söz açıb.
Müsahibədə o, Jerar Pike ilə iki oğlu Saşa və Milanın "Barbie" filmini bəyənmədiklərini və bu ekran işində kişilərin aşağılandığını vurğulayıb.
"Onlar bu filmin alçaldıcı olduğunu düşünüdülər. Mən də müəyyən qədər razıyam. İki oğlan böyüdürəm. İstəyirəm ki, onlar da qadınlara hörmət edərək, özlərini güclü hiss etsinlər. Pop mədəniyyətinin qadınları gücləndirməyə çalışmasını, kişiləri kişi olmaq imkanından məhrum etmədən, onları qoruması və təmin etməsi xoşuma gəlir. Mən qadınlara bütün vasitələrin verilməsinin əhəmiyyətinə inanıram və əminəm ki, biz mahiyyətimizi və qadınlığımızı itirmədən hər şeyi edə bilərik. Düşünürəm ki, həm kişilər, həm də qadınların cəmiyyətdə öz rolları var və onlar fərqlidirlər. Biz bir-birimizi tamamlayırıq və bunu itirmək olmaz", - sənətçi ifadə edib.
O, oğullarının atası, məşhur futbolçu Jerar Pikedən qalmaqallı ayrılığını bir daha xatırlayıb: "Böhranda idim. Özümü bərpa etməli, dağılan bütün hissələri birləşdirməli oldum".
Şakira əlavə edib ki, yaradıcılıq bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edib: "Keçmişdə qadınlar çətin vəziyyətə düşəndə onlardan davranışlarına diqqət etmələri, ağrılarını gizlətmələri və səssizcə ağlamaları tələb olunurdu. Artıq bunun sonu gəldi. İndi heç kim bizə nəzarət edə bilməz. Heç kim bizə necə sağalacağımızı, yaralarımızı necə sağaldacağamızı deyə bilməz".
Xatırladaq ki, Şakira ilə Jerar Pike 2022-ci ilin iyununda ayrıldıqlarını elan etdilər. Səbəb idmançının xəyanəti idi: o, Şakiraya bənzəyən, lakin yaşca ondan kiçik olan başqa bir qızla intim münasibətdə olub. Müğənni indiyə qədər keçmiş sevgilisinin xəyanətini unutmur və bunu hər fürsətdə dilə gətirir.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq





































