Çoxunun rədd etdiyi qəribə dəb - FOTOLAR
Bizi izləyin

Qadın

Çoxunun rədd etdiyi qəribə dəb - FOTOLAR

Qalın corabla hündür daban ayaqqabı geyinmək ənənəsi bir neçə ildir ki, davam edir. Bu geniş şəkildə yayılmasa da, dəb tənqidçilərinin nəzəriyyələrinə görə, 2014-ün yay və payız aylarında aktual olacaq.

Qalın corabla hündür daban ayaqqabı geyinmək trendi ilk vaxtlar qəbul olunmurdu, hətta böyük kütlə tərəfindən kəskin şəkildə rədd edilirdi. Lakin üzümüzə gələn aylarda bu qəribə dəb gündəmdə olacaq. Dəb dizaynerləri hər ötən gün bu yeniliyi dəbə daxil etməkdə olduqca iddialı görünürlər. Tanınmış dünya ulduzları, bloqqerlər hətta üstü açıq ayaqqabı və səndəllər də geyinirlər. Bundan sonra modapərəstlər də onların izi ilə gedərək corabla hündür daban ayaqqabı geyinmək ənənəsini davam etdirirlər. Yəni, pambıq corabları artıq iti burunlu, nazik dabanlı stilettolarla, həm də qalın dabanlı ayaqqabılarla geyinə bilərsiniz. Klassik üslubdan çıxıb bu qaydaya əməl etmək isə o qədər də asan deyil. Düzgün geyim, ayaqqabı və corabı tapmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır. Publika.Az-ın qadın bölməsi bu qaydaları belə izah edir:

Corabın materialı rəngi solmamış, süzülməyən və incə ipdən toxunması çox önəmlidir. Çox qalın corablar incə və zərif ayaqqabılarla uyğun gəlmir.

Corabın rəngi geyim və ayaqqabının rəngi ilə bütünlük təşkil etməlidir. Geyimlə eyni tonlarda, yaxud zidd rənglər də seçə bilərsiniz. Lakin ümumi görüntünü pozmamalı və baxıldığı zaman göz yormamalıdır.

Ayaqqabı və corabın diqqət çəkməsi üçün yubkanın uzunluğu dizdən çox aşağı olmalı deyil. Qısa yubkalarla geyinildiyi zaman ayaqlar daha uzun görünür. Yubka uzandıqca ayaqlar qısalır, corab da olduğu üçün ayaqlar lap qısa görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm