Cəlilabad – Yardımlı yolunun çökməsi ilə bağlı rəsmi açıqlama
Bizi izləyin

Qırmızı.az

Cəlilabad – Yardımlı yolunun çökməsi ilə bağlı rəsmi açıqlama

“Cəlilabad - Yardımlı avtomobil yolu əsaslı tikintinin aparıldığı ərazidir. Artıq müəyyən yerlərdə əsas işlər görülüb. Orada torpaq sürüşməsi baş vermişdi”.

Bu Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cəlilabad - Yardımlı avtomobil yolunun çökməsi haqda mətbuatda yayılmış xəbərə aydınlıq gətirərkən məlumat verib: “Cəlilabad-Yardımlı yolunun ümumi ərazisi 72 kilometrdir. Bunun 51 kilometri Cəlilabadın, 21 kilometri isə Yardımlının payına düşür”.

Layihə çərçivəsində 51 kilometr hissədə torpaq yatağı və əsaslı zond layları, 34,8 kilometr hissədə isə asfalt-beton örtüyünün alt qatları, 42 yerdə müxtəlif diametrli suötürücü borular inşa edilib. Əsaslı tikinti altında olan yolda işlər davam etdirilir. Həmin ərazidə torpaq sürüşməsi baş verib. Bunun aradan qaldırılması istiqamətində “Azəryolservis” ASC ilə yerli icra hakimiyyəti tərəfindən işlər görülür:

“Orada avtomobillərin hərəkəti davam edir. Ərazidə müvəqqəti bərkidilmə işləri görüləcək”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm