Bu gündən Bakı metrosu yeni karta keçdi
Bizi izləyin

Qırmızı.az

Bu gündən Bakı metrosu yeni karta keçdi

Bu gündən Bakı Metropoliteni stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi «BakıKart» və «BakıKart məhdud istifadə üçün» kartlarından istifadəyə başlanılıb. Sentyabrın 30-dan isə hazırkı «Metrokart»ın istifadəsi dayandırılacaq.

Publika.az xəbər verir ki, bu kartlardan «BakuBus» MMC-yə aid avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. Yeni kartları bütün stansiyalardan və «BakuBus» MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək olar.

«BakıKart»ın qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. «BakıKart Məhdud istifadə üçün» kartın qiyməti də 20 qəpikdir. Bu növ karta yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.

Avqustun 15-dən sentyabrın 30-dək «Metrokart»ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə «Metrokart» və «BakıKart»ın birgə istifadəsi həyata keçiriləcək.

Qeyd edək ki, gələcəkdə yeni kartlara balansı internet vasitəsilə yükləmək də mümkün olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm