"Sahil"dəki yanğın zamanı 5 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

"Sahil"dəki yanğın zamanı 5 nəfər xəsarət alıb

"Sahil"dəki yanğın zamanı 5 nəfər xəsarət alıb

Bakının mərkəzində "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi çoxmərtəbəli binada baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov məlumat verib.

Onlardan 3 nəfəri tüstüdən zəhərlənib. Zərərçəkənlər ticarət mərkəzində işləyənlər yox, binada yaşayan sakinlər olub.

Baş həkim deyib ki, tüstüdən zəhərlənmə yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb. Bunlardan biri FHN-in əməkdaşı, digəri isə vətəndaşlar arasında yanğını müşahidə edən şəxs olub.

Heç kim xəstəxanaya yerləşdirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm