AMEA-dan Tofiq Hacıyevin işə qayıtmasına münasibət - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

AMEA-dan Tofiq Hacıyevin işə qayıtmasına münasibət - YENİLƏNİB

“Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyevin istefa ərizəsi hələ də AMEA prezidenti Akif Əlizadənin stolunun üstündədir”.

Bunu Publika.az-a açıqlamasında AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev T.Hacıyevin istefa ərizəsini geri götürməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, T.Hacıyevin ərizəsinə sentyabrda baxılacaq:

“Akademiya nizamnaməsinə əsasən, AMEA institutların rəhbərləri və ya Rəyasət Heyətinin sturuktur vahidlərinin təyinatı, işdən azad edilməsinə Rəyasət Heyətinin iclasında qərar verilir.Hazırda Rəyasət Heyətinin üzvləri məzuniyyətdədir. Onlar işə qayıdandan sonra sentyabr ayında iclas keçiriləcək. Tofiq Hacıyevin ərizəsinə də o zaman baxılacaq. Rəyasət Heyətinin qərarı olmadan bu məsələdə konkret heç bir söz deyə bilmərik. Qərar da məhz sentyabrda keçiriləcək iclasda veriləcək”.

Gülxar

***

"Dilçilik İnstitutundakı vəzifəmdən çıxmaq haqqında ərizəmi geri götürmüşəm. Əslində, ərizə qeyri-qanuni idi, çünki onu məzuniyyətdə olan vaxt yazmışdım".

Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.

Akademik bildirib ki, işdən çıxması ilə bağlı qərarı tələsik qəbul edib: "O vaxt əsəbi şərait var idi, işdən çıxmaq barədə ərizə verdim. Sonra yazıları, müxtəlif münasibətləri gördüm, fikrimi dəyişmişəm. Nə səbəbə belə bir vəziyyət yaranıb, onu aydınlaşdırmaq üçün işə qayıtmaq istəyirəm. Ona görə də ərizəmi geri götürmüşəm".

T.Hacıyev deyib ki, işə qayıtmağı Dilçilik İnstitunun kollektivi ondan xahiş edib: "Kollektiv də xahiş etdi, mən də məsələləri aydınlaşdırmaq üçün işə getmək istəyirəm. Ona görə də vəzifəmə qayıdacam".

O, gələn aydan işə çıxacaq. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm