Bakıda 35 dərəcə isti gözlənilir – HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Bakıda 35 dərəcə isti gözlənilir – HAVA PROQNOZU

Bazar günü Azərbaycanda havanın hərarətinin bir qədər də artacağı proqnozlaşdırılır.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 21-23, gündüz 33-35 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 34-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm