Qırmızı.az
Təlimlər zamanı təxribat: “Ermənistan təyyarələri havaya qalxan kimi...” - VİDEO
Müdafiə Nazirliyinin keçirdiyi komanda qərargah hərbi
təlimləri davam edir. Azərbaycan Silahli Qüvvələri bir müddətdir
ki, hərbi təlimlərə start verib. Hətta 6 mindən artıq ehtiyyatda
olan hərbi vəzifəli Müdafiə Nazirliyinin təlimlərinə cəlb olunub.
Zirehli döyüş texnikası təlim rayonlarına çatdırılıb. Təbii ki,
bütün bu baş verənlərə Ermənistan tərəfi sakit yanaşa bilmədi.
Silahlı qüvvələrimizin təlimləri zamanı təxribata əl
atdılar.
Publika.az ANS TV-yə istinadən xəbər verir ki,
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri
zamanı Ermənistan tərəfi təxribata əl atıb. Təşvişə düşən qarşı
tərəf səmaya təyyarələrini qaldırıb və sərhədlərimizə doğru
istiqamətləndiriliblər.
Lakin Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri bu faktı
dərhal qeydə alıb. Hərbi hava qüvvələrimizin sayəsində Ermənistan
təyyarələrini öz mövqelərinə geri qayıtmağa məcbur edilib.
Müdafiə naziri Zakir Həsənovun sözlərinə görə, hava hücumundan
müdafiə qoşunları daim döyüş vəziyyətindədir: "Biz də öz
təyyarələrimizi havaya qaldırdıq və onları öz sərhədlərinə 30 km
qalmamış geri göndərdilər. Göstəriş vermişdim. Əgər onlar bizim
sərhədləri bir sm keçsəydilər, məhv olunacaqdılar. Biz tam
hazırlıqlı vəziyyətdə idik".
Təlimlərin növbəti mərhələsində atışlar icra ediləcək. Artıq
həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş
texnikaları, o cümlədən tanklar təlim bölgələrinə çatdırılıb.
Azərbaycan tarixində ən genişmiqyaslı təlimlərə bütün qoşun
növləri, o cümlədən 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli
texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu.
Eyni zamanda Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək
helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri. Eləcə
də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi
məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və
zenit-raket birləşmələri cəlb edilib. Məqsəd silahlı qüvvələrin
müharibə hazırlığını yoxlamaqdır. Ehtiyatda olan 8 min hərbçi də
təlimlərə çağırılıb.
Bəzi hərbi vəzifəlilərin xidmətə gecə saatlarında aparılması sosial
şəbəkələrdə müzakirələrə yol açıb. O cümlədən bəzi şəxslər həqiqi
səfərbərlik olduğu düşünüblər.
Təşvişə əsas görməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin açıqlamasında bildirilir ki, ehtiyatda olan hərbi
vəzifəlilər hər an səfərbərlik hazırlığının yoxlanılması məqsədilə
hərbi təlim toplanışlarına çağırılmağa hazır olmalıdırlar.
Əsas məqsəd tələb olunan zaman çərçivəsində bu resursu yığmaqdır.
Yoxlama çağırışından yayınan şəxsləri isə cəza gözləyir. Eyni
zamanda çağırışa cəlb edilən şəxsin vaxtında təyin edilmiş
məntəqəyə gəlməsinə mane olan təşkilatlar da qanun qarşısında
məsuliyyət daşıyır.
Müdafiə naziri Zakir Həsənovun Mir Şahin Ağayevə verdiyi eksklüziv
müsahibəsinə bazar günü “Xəbərçi”nin saat 21 buraxılışında baxa
bilərsiniz.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?