• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Elşad İsgəndərov yeni kampaniya başlatdı – VİDEO

Elşad İsgəndərov yeni kampaniya başlatdı – VİDEO

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri və gənc fəalları tərəfindən təşkil edilən “Long Live Turkey” adlı kampaniyası sosial mediada böyük marağa səbəb olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kampaniya üçün hazırlanan video-çarx “Youtube” və “Facebook” sosial şəbəkələrində minlərlə gənc tərəfindən izlənilib.

Bununla yanaşı “Twitter” üzərindən #LongLiveTurkey https://twitter.com/hashtag/longliveturkey həştəqi ilə Türkiyəyə dəstəklərini nümayiş etdirən gənclər, həştəqin dünya üzrə reytinq siyahısında 2-ci yerə yüksəlməsini təmin ediblər.

Türkiyənin “TRT Haber” televiziyası İƏT Gənclər Forumunun sədri, səfir Elşad İsgəndərovun bununla bağlı söylədiklərindən sitat gətirərək qeyd edib ki, kampaniyanın əsas məqsədi son dövrdə iki cəbhədə terrorla mübarizə aparan və İslam dünyası üçün bir ümid mənbəyi olan Türkiyəyə bu mübarizədə mənəvi dəstəyin nümayiş etdirilməsidir.

“Eyni zamanda kampaniya Türkiyəyə qarşı istiqamətlənmiş terror aktlarının yalnız Türkiyəni deyil, bütün İslam dünyasını hədəfə aldığını göstərməyi və bu mövzuda məlumatlılığın gücləndirilməsi məqsədini də daşıyır. Nəhayət, bu fəaliyyət, dünyada və Türkiyədə bəzi dairələrin terrorçuların hərəkətlərini təqdir etməsi və terrorun leqallaşdırılması cəhdlərinə qarşı müsəlman gəncliyi tərəfindən bir cavabdır”, deyə Elşad İsgəndərov bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, İƏT Gənclər Forumu tərəfindən PKK və İŞİD terrorunun İslam dünyası uçun fəsadlarını, onların gizli bağlantı, əsl mahiyyət, antoloji və siyasi dayaqlarını aşkarlayan təhlili materiallar sosial şəbəkələrdə dərc edilərək (https://www.facebook.com/OIC.Youth?ref=ts&fref=ts) xüsusi maarifləndirmə fəaliyyəti də aparılır.

Bu mənada kampaniyanın başlıca məqsədi PKK və İŞİD terror təşkilatlarının İslam dünyasına verdiyi zərərlər haqqında müsəlman gəncləri məlumatlandırmaq və İslam dünyasında terror hərəkatlarina qarşı düşüncə formalaşdırmaqdır.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR