Masallıda və Xəzər dənizində zəlzələ olub
Bizi izləyin

Qırmızı.az

Masallıda və Xəzər dənizində zəlzələ olub

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ilkin məlumatlara əsasən bu gün yerli vaxtla saat 06: 21-də Lənkərandan 22 km şimal-qərbdə, Masallıda 24 km dərinlikdə zəlzələ qeydə alınıb.

4,2 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub.

Qeyd edək ki, bu gün həmçinin Xəzər dənizində zəlzələ olub.

İlkin məlumatlara əsasən yerli vaxtla saat 04: 59-da Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində 3 km dərinlikdə zəlzələ qeydə alınıb. 4 maqnitudalı zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm