Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq
Bizi izləyin

Qırmızı.az

Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq

Vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80 faizə qaldırılması imkanları hazırda müzakirə olunur.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

O qeyd edib ki, qüvvədə olan qanunvericilyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50 faiz olaraq müəyyən edilmişdir.

Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini deyən Fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm