Qırmızı.az
Azərbaycanda yol qəzası ilə bağlı Aydın Bəşirovun qohumu həbs edilib
Xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı bir nəfər şübhəli şəxs qismində tutulub.
Gün.Az Bakı şəhər prokurorluğu və Baş Polis
İdarəsinin birgə məlumatına istinadən xəbər verir ki, martın 15-də
saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesidə Abdullayev
Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə
Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mersedes-Benz G-55"
markalı avtomobilin toqquşması nəticəsində VAZ-2106-da olan
sərnişinlər 1959-cü il təvəllüdlü Briliyant Abdullayeva və 2008-ci
il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölmüş, 1950-ci il
təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət
Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı
Şəhər Klinik xəstəxanasına yerləşdıriliblər.
Fakta görə, Surxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq
ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri
yerinə yetirilib.
Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin
sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər
əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq
istintaqa cəlb olunub.
Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta
dərəcəli alkaqol sərxoşluğu vəziyyətində olması müəyyən
edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol
hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş
halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs
tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə
səbəb olduqda) maddəsinə tovsif edilib.
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO