Litva məktəblərində Azərbaycan tarixi keçildi
Bizi izləyin

Qırmızı.az

Litva məktəblərində Azərbaycan tarixi keçildi

Litva məktəblərində Azərbaycan tarixi keçildi

Litvanin Kaunas şəhərində “Litva Məktəblərində Azərbaycan Tarixi və Mədəniyyətinin Təbliği və İnkişafı” adlı silsilə tədbirlər həyata keçirilir.

Publika. Az – ın məlumatına görə, tədbir Azərbaycan Respublikasi Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycanın Litvadakı Gənclər Təşkilatının( AYOL) və ASAIF-in təşkilati dəstəyi ilə təşkil edilib.

Məktəblərdə keçirilən intensiv təqdimatlarda 10, 11, 12-ci sinif şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi imkanları, Avropada və dünyada mövqeyi barədə məlumat verilib, milli rəqsləri, musiqisi və Azərbaycan mətbəxinin bəzi nümunələri təqdim olunur.

Layihənin icrası Almaniyanın Berlin Texnologiya Universitetinin magistr məzunları və Kaunas Texnologiya Universitetinin doktorantları Arzu Hüseynov və Elnur Abbasov tərəfindən həyata keçirilir.

Layihə rəhbəri, AYOL-un baş katibi Arzu Hüseynovun sözlərinə görə tədbirlər məktəblərdə çox maraqla qarşılanır və layihə sonuna qədər hədəf olaraq 20 məktəbdə 1800-ə yaxın gəncin məlumatlandırılmağı nəzərdə tutulur.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm