Komada olan tanınmış jurnalistdən xoş xəbər var
Bizi izləyin

Qırmızı.az

Komada olan tanınmış jurnalistdən xoş xəbər var

Komada olan tanınmış jurnalistdən xoş xəbər var

“Zülfüqar bəyin səhhəti artıq normallaşıb. Həkimlər vəziyyətinin yaxşı olduğunu deyir. Artıq xəstəxanadan çıxmağı planlaşdırırıq”.

Bu sözləri Publika.Az-a açıqlamasında jurnalist Zülfüqar Rüfətoğlunun həyat yoldaşı Elnarə Sadıqova deyib.

“Həkimlərin sözlərinə görə, evə buraxılsa da, müalicəsini davam etdirməlidir. Londona qayıtmaq barədə isə hələ düşünmürük. Bir müddət Bakıda qalacağıq”.

Xatırladaq ki, tanınmış jurnalist Z. Rüfətoğlu şəkərinin qalxması, vəziyyətinin ağırlaşması səbəbindən “Caspian Hospital” klinikasına yerləşdirilmişdi. Orada müalicə alırdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm