Sınaq imtahanlarına qeydiyyat başladı
Bizi izləyin

Qırmızı.az

Sınaq imtahanlarına qeydiyyat başladı

Sınaq imtahanlarına qeydiyyat başladı

Bu gündən Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə kömək məqsədilə keçiriləcək sınaq imtahanlarına yazılış başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.Az - a verilən xəbərə görə, aprelin 6-da və 13-də keçiriləcək sınaq imtahanlarına qeydiyyat martın 27-dən etibarən aparılır. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını abituriyentlər bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər.

2014-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün 6 sınaq imtahanı (4-ü yeni, 2-si təkrar) keçiriləcək. İmtahanlar 6, 13, 20, 27 aprel, 25 may və 1 iyun tarixlərində baş tutacaq.

Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatlar komissiyanın “facebook” səhifəsindən öyrənə biləcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm