Nabranda ağır yol qəzası: 1 ölü, 1 yaralı
Bizi izləyin

Qırmızı.az

Nabranda ağır yol qəzası: 1 ölü, 1 yaralı

Xaçmazın Nabran kəndində bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən qəza baş verib.

Xaçmazın Nabran kəndində bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən qəza baş verib.

Xaçmaz rayonunun Nabran kənd sakini İlqar Vahid oğlu Dadaşov idarə etdiyi VAZ 2107 markalı avtomobillə kənddə hərəkət edərkən elektrik dirəyinə çırpılıb.

Nəticədə sürücü ağır yaralanıb. Yaralını əvvəlcə Xudat rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, sonradan onun müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam etdirilib. Xəstəxanadan verilən məlumata görə, İlqar Dadaşovun vəziyəti ağır olaraq qalmaqdadır.

Həmin maşında olan sərnişin, 1992-ci il təvəllüdlü Rüstəm Qalib oğlu Abdiyev isə keçinib.

Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzanın hansı səbəbdən baş verdiyi araşdırmalar başa çatandan sonra məlum olacaq. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm