Qırmızı.az
Bakı ən populyar şəhərlərdən oldu
“Travel.ru” turizm servisi rusiyalı turistlərin 2016-cı ilin may ayında idman tədbirlərinə qatılmağı planlaşdırdığı ən populyar şəhərləri müəyyənləşdirib.
Publika.az xəbər verir ki, mayın 3 ən populyar idman şəhəri hokkey üzrə dünya çempionatının keçiriləcəyi Moskva, "Tour d'Azerbaijan" veloyarışının baş tutacağı Bakı və Formula-1 üzrə İspaniya Qran-Prisinin keçiriləcəyi Barselonadır.
Qeyd edək ki, mayın 4-dən 8-dək Azərbaycanda dördüncü dəfə "Tour d'Azerbaijan" velosiped yarışı keçiriləcək. Yarış 5 mərhələdən ibarətdir: Bakı - Sumqayıt (154 km), Bakı - İsmayıllı (186,5 km), Qəbələ - Şəki - Qəbələ (177 km), Qəbələ - Pirqulu (115 km) və Bakı-Abşeron-Bakı (158 km). Veloyürüşdə 19 ölkədən 6-sı pro-kontinental, 14-ü kontinental (o cümlədən "Synergy Baku"),1-i isə milli olmaqla 21 komanda iştirak edəcək.
Hokkey üzrə dünya çempionatı 6-22 may aralığında Moskva və Sankt-Peterburqda keçiriləcək. Formula-1 üzrə İspaniya Qran-Prisi isə 13-15 may tarixlərində Barselonada baş tutacaq.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu