• USD 1,7001 0,00% EUR 2,0032 0,00%
    • GBP 2,2846 0,00% RUB 0,0289 0,00%

Azərbaycana duz gətirən biznesmen çətin vəziyyətdə

Azərbaycana duz gətirən biznesmen çətin vəziyyətdə

“Lavanda” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC)sədri Elçin Əliyev Azad İstehlakçılar Birliyinə müraciət edərək qarşılaşdığı problemin araşdırılmasını xahiş edib.

Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O, bildirib ki, MMC rəhbəri şikayətinin aidiyyəti orqanlara, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını, ictimailəşdirilməsini xahiş edib: “Şikayətçi bildirir ki, onun rəhbərlik etdiyi “Lavanda” MMC 20 ilə yaxındır Ukrayna Respublikasından Azərbaycana yodlaşdırılmış xörək duzu idxal edir. MMC çalışır ki, duzu münasib qiymətə alsın ki, burada sata bilsin. Lakin 2016-cı ilin yanvarından başlayaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1 vaqon – 68 ton yükün Yalama-Gəncə nəqliyyat xərcini 1613 manatdan 2460 manata qaldırıb. Təbii ki bu, nəqliyyat xərcinin bahalaşması malın qiymətinə təsir göstərir. Vətəndaş xahiş edir ki, bu məsələyə aydınlıq gətirilsin”.

Eyyub Hüseynov bununla bağlı müvafiq quruma müraciət edildiyini bildirib.

Anar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>