Qırmızı.az
İş yerini dəyişmək istəyən müəllimlər imtahan verir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə elan edilən müsabiqənin ikinci mərhələsini keçirir.
Publika.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim mayın 3-dən 10-dək miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib. Mayın 12-dən müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.
Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb.
Bu gün isə müsabiqənin test imtahanı mərhələsi keçirilir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında 3 (üç) mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə keçirir.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu