Bakı rus turistlərin “top-10”luğunda
Bizi izləyin

Qırmızı.az

Bakı rus turistlərin “top-10”luğunda

Çexiyanın paytaxtı Praqa rusiyalı turistlərin yay səyahətləri zamanı seçdikləri ən populyar şəhərdir.

Publika.az xəbər verir ki, bu haqda “Travel.ru” saytının tədqiqatında bildirilir.

Reytinq 2016-cı ilin 1 iyunundan 31 avqust tarixinə qədər mehmanxanalar və otellərə verilən sifarişlərin əsasında hazırlanıb. Xarici şəhərlər arasında məşhurluq üzrə ikinci yeri Minsk, üçüncü yeri Paris tutub.

Onluğa Riqa, Bakı, Tallin, Roma, Barselona, Helsinki və London şəhərləri də daxildir.

Yay səyahətlərinə ən çox gedənlər isə Moskva, Sankt-Peterburq və Kazan şəhərlərinin sakinləridir. Bundan başqa, “top-10”luğa Nijni-Novqorod, Yekaterinburq, Kalininqrad, Yaroslavl, Petrozavodsk, İrkutsk və Rostov-Don daxil olub.

Saytın yazdığına görə, turistlər Praqada gecələmək üçün gün ərzində orta hesabla 58 avro ödəməli olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm