• USD 1,7009 +0,01% EUR 2,0003 -0,39%
    • GBP 2,1810 -0,46% RUB 0,0288 0,00%

Bakı Limanının nümayəndələri Gəncə məktəbliləri görüşdü

Bakı Limanının nümayəndələri Gəncə məktəbliləri görüşdü

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri Gəncədə orta məktəblərin son sinif şagirdləri ilə görüşüb.

Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilati dəstəyi ilə keçirilən görüş M.Paşayev adına 39 nömrəli məktəbdə baş tutub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı sədrinin müşavirləri Şahin Yusifov və Zaur Həsənov, həmçinin əməliyyatlar üzrə menecer Yucin Seah və İnsan resursları departamentinin rəhbəri Samir Şəmiyev universitetlərə qəbul imtahanlarına hazırlaşan məktəblilərə təmsil etdikləri qurum haqqında ətraflı məlumat veriblər.

Çıxış edənlər deyib ki, son illərdə Azərbaycanda həyata keçirilən ən nəhəng layihələlərdən olan Bakı Limanı ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirməklə yerli iqtsadiyyatın və əmək bazarının canlanmasına təkan verəcək. Bu isə tezliklə ölkədə sözügedən sektorda mütəxəssis tələbatını artıracaq, iş axtaranlar üçün sərfəli təkliflərin meydana çıxmasına zəmin yaradacaq.

Sürətlə artacaq kadr tələbatına cavab verə bilmək üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı indidən bir sıra ali təhsil müəssisələri, o cümlədən ATU ilə əməkdaşlığa başlyıb. Məqsəd təhsilin müxtəlif pilləri üzrə gələcəkdə nəqliyyat sahəsində çalışacaq mütəxəssislər hazırlamaqdır. Limanın rəsmiləri deyib ki, ATU-dakı nəqliyyatda daşımaların təşkili mühəndisliyi ixtisası da abituriyentlərə bu sahə üzrə uğurlu karyera qurmaq imkanı vəd edir.

ATU-nun rektoru Akif Süleymanov da məktəbliləri, abituriyentləri ölkə sənayesinin inkişafına təkan verəcək müəssisələrdə işləmək üçün mühəndis, texnoloq kimi ixtisaslara yiyələnməyə çağırıb.

Rektor xatırladıb ki, hazırda gənclər daha çox humanitar sahələrə meyilləndiyindən iqtisadiyyatın bir çox sahəsində ixtisaslı kadr tapmaq çətinləşib. Həmin kadrlara tələbatın artması isə sərfəli iş təkliflərinin yaranmasına imkan yaradıb. Ancaq, müəssisələr bəzi hallarda işçi tapmadıqlarından xaricdən mütəxəssis cəlb etmək məcburiyyətində qalır. Professor Akif Süleymanov gənclər özlərini bu sahələr üzrə yetişdirməyə çağırıb. O, qeyd edib ki, ATU-da Təhsil Nazirliyinin pilot layihəsi olaraq tətbiq olunan Müştəriyə Yönəlmə Proqramına uyğun olaraq gələcək mütəxəssislərin hazırlığı istehsalat müəssiəsələri ilə birgə aparılır. Bu isə gələcəyin mühəndislərinə daha yaxşı kadr kimi yetişmək imkanı yaradır.

Sonda ATU-nun tərbiyə işləri üzrə koordinatoru Rauf Əmənov abituriyentlərə univesritetdəki fakültə və ixtisaslar, tədris şəraiti, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>