• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakı bulvarında ŞOK: sevgilisini ölümün əlindən aldı - FOTO

Bakı bulvarında ŞOK: sevgilisini ölümün əlindən aldı  - FOTO

09:35

Bakı bulvarında “sevgi oyunu”nun təfərrüatları məlum olub. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, dünən 19 yaşlı Qusar sakini Rəqsanə Yəhyayeva və onun sevgilisi Xalid Aslanov dənizdən çıxarıldıqdan sonra ifadələri alınıb. R.Yəhyayeva bildirib ki, xeyli sayda baş ağrılarını kəsən həblər qəbul edib və ayağı sürüşərək dənizə yıxılıb. Onu xilas etmək üçün Xalid də özünü dənizə atıb. Hər ikisi boğulmaq təhlükəsi ilə üzləşib.

--------
09:11

Bakının Səbail rayonunda Dənizkənarı Milli Parkda intihara cəhd olub.

APA-nın xəbərinə görə, təxminən 20 yaşları olan oğlan və qız özlərini dənizə atıblar. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng vuraraq kömək istəyiblər. Olay yerinə gələn nazirliyin Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları kater vasitəsi ilə batan gənclərin axtarışına çıxıblar.

Xilasedicilər Saat qülləsi yaxınlığında dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 1993-cü il təvəllüdlü Niftəliyeva Nilufər Natiq qızıAslanov Xalid Faiq oğlunu xilas edərək dənizdən çıxarmağa müvəffəq olublar.

Hadisə yerinə təcili yardım çağırılıb. Vəziyyətləri ağır olan gənclərə ilkin tibbi yardım göstərilib. Daha sonra onlar 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR