Qırmızı.az
Məhkəmə Abdulla Abdullayevi həbsdə saxladı
Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində iş adamı Abdulla Abdullayevin şikayəti üzrə proses keçirilib. Binəqədi Rayon Məhkəməsi aprelin 4-də onun haqqında həbs qətimkan tədbiri seçib. İş adamı həmin qərarın ləğvini istəyib.
Vəkil Əkbər Bağırov deyib ki, prosesdə Abdulla Abdullayev də iştirak edib: “O, həbs qərarından narazıdır, ittihamları qanunsuz hesab edir. Bu barədə məsləhətləşmələr aparıb Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürük. Əslinə qalanda bu, mülki xarakterli işdir, kredit götürülüb və məsələ mülki qaydada həll edilməlidir. Abdulla Abdullayev heç bir dövlət əmlakını mənimsəməyib və belə bir fikri də olmayıb. Onun işində cinayət tərkibi görmürük. Bütün bunlara baxmayaraq apellyasiya instansiyası Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.
Müdafiə tərəfi olaraq Bakı Apellyasiya Məhkəməsinin bu qərarını,
Abdulla Abdullayev barəsində cinayət işi başlanmasını, onun həbsini
qanunsuz hesab edir və bu qanunsuzluqların aradan qaldırılması üçün
Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq hüquq
normaları ilə nəzərdə tutulmuş bütün mümkün müdafiə vasitələrindən
istifadə etməyi zəruri sayırıq. İstintaq dövründə onun haqqında
çıxarılan həbs qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur.
Çünki onun daimi yaşayış yeri var, istintaqdan gizlənməyib”.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti
yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.
Xatırladaq ki, Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş
Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, İqtisadiyyat və
Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil
olmuş material əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində
araşdırılma aparılıb: “İlkin araşdırma zamanı toplanmış sübutlar
əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə)
və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə
cinayət işi başlanıb. Aparılmış istintaqla 2006-2008-ci illərdə
“Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla
Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə
də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan
ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü
tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil
edilmiş kredit təşkilatı olan “Birlikbank” ASC-də açdırdığı
hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti
faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində
yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə dövlətin
qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər
vurmasında və özgənin külli miqdarda əmlakını mənimsəməsində
şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd
olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib”. /Teleqraf/
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?