Qırmızı.az
Azərbaycanlı gənclər Avropa Parlamentində təcrübə keçib
İstanbulda fəaliyyət göstərən AzeDer Təşkilatının başlatdığı "Avropa Parlamentində Təcrübə Proqramı" layihəsi çərçivəsində növbəti proqramın (Mart-May 2014) nəticələri açıqlanıb.
Publika.Az-ın məlumatına görə, Türkiyə və Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərə şamil edilən proqramın nəticələrinə əsasən 18 nəfər həmyerlimiz Mart ayından etibarən Avropa Parlamentində 3 aylıq staj keçməyə haqq qazanıb. Staj müddəti boyunca gənclərimizin yaşayış və nəqliyyat xərcləri AzeDer Təşkilatı tərəfindən "Partner" Beynəlxalq Dialoq və Əməkdaşlıq Fondunun dəstəyi ilə təmin olunur.
Proqramda iştirak edən həmyerlilərimizin adları:
Aila Ömərova, Elmir Məmmədov, Günel Əliyeva, Nigar Kərimova, Ruslan Baxışov, Emil İsmayılov, Nigar Qasımi, Nərmin İsmayılzadə, Elvin Qüdrətov, Linara Hümbətova, Rüfət Məmmədxanlı, Musa Mustafazadə, Dagmara Mirzəyeva, Hikmət Hüseynzadə, Nailə Ömərova, Əziz Fələkzadə, Ziya Bağırzadə, Tural Salahov.
Parlamentdə staja davam edən azərbaycanlı gənclər dünən Türkiyənin Avropa Birliyi Naziri Mevlüd Çavuşoğlu ilə görüş keçirib. Nazir, Azərbaycan və Türkiyənin ortaq maraqlarının Avropaya çatdırılmasında birgə fəaliyyətin vacibliyindən bəhs edərək bu istiqamətdə Avropa Parlamentində azərbaycanlı gənclərin staj keçməsinin təqdirəlayiq bir hal olduğunu vurğulayıb.
Qeyd edək ki, 2013-cü ildən etibarən fəaliyyətdə olan AzeDer-in başlatdığı proqramla Avropa Parlamentində bu günə qədər 30-dan çox həmyerlimiz staj keçib. Növbəti təcrübə proqramının müraciət tarixləri yaxın zamanlarda açıqlanacaq.
Publika.Az
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO