"Əlifbanı öyrənirəm" layihəsi təqdim edilib
Bizi izləyin

Qırmızı.az

"Əlifbanı öyrənirəm" layihəsi təqdim edilib

"Kaspi" təhsil mərkəzi "Təhsildə müasir Texnologiyalar - Perspektivler"mövzusunda tədbir keçirib.

Publika.az xəbər verir ki, tədbirdə Mərkəzin təhsildə innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layhəsi təqdim olunub.

Belə ki, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışı öyrənmələri üçün "Əlifbanı öyrənirəm"layhəsi təqdim olunub.

İnteraktiv oyun şəklində hazırlanan bu layhə uşaqların əlifbanı səsli və şəkillər vastəsi ilə öyrənməsinə kömək edəcək. Layhə www.anadili.az saytndan daha ətraflı məlumat əldə etmək olar.

Mərkəz abituriyent hazırlığında da yenilik edib. Onlayn imtahan sistemi kaspitest.com -u istifadəyə verib. Sistem istifadəyə verildiyi qısa vaxt ərzində artıq Azərbaycanın 45 rayonundan istifadəçilər qeydiyyatdan keçib.

Bundan başqa, Öyrənmənin İdarəolunması Sistemi-"Kaspi LMS(Learning Management System)" haqqında təqdimat olub.

Bu sistem tələbələr, müəllimlər, valideynlər, təşkilat idarəçisi üçün nəzərdə tutulub. Valideynlər sistemdə uşaqların dərs sistemini izləyə bildiyi halda, müəllimlər də davamlı tapşırıqlarını tələbələrə göndərə bilir.

Tələbələr isə istənilən yerdə sistem vasitəsi ilə ev tapşırıqlarını həyata keçirmək imkanı yaradır.

Vəfa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm