• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndəliyi açıldı

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndəliyi açıldı

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi cənab Dr. İlyas Dəmirçi, Dəniz nəqliyyatı və rabitə nazirliyinin müdir müavini Dr. Əhməd Kuşhanoğlu Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, AzMİU, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə artıq uzun müddətdir ki, əməkdaşlıq edir və memarlıq-mühəndislik sahəsində Türk dünyası şəhərsalma qurultayları, müxtəlif konfranslar, seminarlar və birgə elmi tədbirlər keçirir. Uzun müddətli əməkdaşlığı daha da inkişaf etdirmək və genişləndirmək məqsədi ilə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, AzMİU-da Birliyin Azərbaycan təmsilçiliyinin açılış mərasimində iştirak edib, daha sonra “Qitə aşan layihələr” adlı layihənin təqdimatı olub. Tədbirə mərkəzi Bakıda yerləşən Türkdilli ölkələrin daimi iş birliyi şurasının baş katibi cənab Candos Asanov da qatılıb. Nümayəndə heyəti təqdimatdan sonra universitetin professor-müəllim heyəti və Memarlıq fakültəsinin tələbələri ilə də görüşüb. Görüş zamanı universitetin 5 fəal tələbəsi mükafatlandırılıb və həmin tələbələrin Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin dəstəyi ilə Türkiyədə stajkeçmə proqramında iştirak etməyi barədə məlumat verilib.

AzMİU-nun nəzdində fealiyyət göstərəcək Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Azərbaycan təmsilçiliyi iki qardaş ölkənin alim və mütəxəssislərinin birgə elmi-tədqiqatlarının işlənməsində, təlimlərin keçirilməsində, ümumtürk memarlıq problemlərinin və müxtəlif səbəblərdən təhrif olunan və tarixən silinməyə doğru gedən memarlıq abidələrinin araşdırılmasında, həmçinin bütün Türk dünyasının mühəndis və memarlarının əlaqələndirməsində əhəmiyyətli rol oynayacaq.

AzMİU-nun Türk Dünyası Universitetlər Birliyinin təsisçi üzvləri arasında yer almasından dolayı 2014-cü ilinin sentyabr ayında Bişkekdə təşkil olunacaq Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərcilik qurultayına elm heyətində iştirak etmək məqsədilə AzMİU-nun rektoru Prof. Dr. Gülçöhrə Məmmədovaya və Bakı Dövlət Universitetinin rektoru cənab Prof. Dr. Abel Məhərrəmova dəvət təqdim edilib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş koordinasiya tədbirində təşkil olunacaq qurultayın ən önəmli tərəfi isə, Türkiyə ətrafmühit və şəhərsalma nazirliyinin rəhbəri cənab İdris Güllücənin Türk Dünyasında şəhərsalma mövzusunda müştərəkliyin saxlanması istiqamətində Türk Məmləkətlərindən qatılacaq nazirlərin və icra orqanları ilə birlikdə şura yığıncağının təşkil olunmasıdır. Heyətin bu səfəri əsnasında AzMİU-nun memarlıq və şəhərsalma mövzusundakı uğurlu çalışmalarını nəzərə alaraq AzMİU-nun rektoru Prof. Gülçöhrə Məmmədovaya Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən “Türk dünyası bilim-teknik üstün hizmet ödülü” təqdim edilib. Mükafatın təqdimi zamanı birliyin sədri və Türkiyə Cumuriyyətinin Qarayolları sədri cənab Mehmet Cahit Turhan universitetlə birliyin gələcəkdə daha çox iş birliyi edəcəyini deyib.

2014-cü ildə Türk Dünyası Şəhərçilik qurultayı sentyabr ayınln ilk həftəsində Türkiyədəki şurasının üzv ölkələrin dövlət rəhbərlərinin yüksək vəzifəli şəxsləri ilə birlikdə icra olunacaq. Qurultay, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Türksoy, Türk Dünyası Bələdiyələr Birliyi və universitetimizin də təsisçi üzvü olduğu Türk Universitetlər Birliyi ilə müştərək tədbirlər təşkil edəcəkdir.

AzMİU-nun rektoru Prof. Dr. Gülçöhrə Məmmədova qurultayın elm heyətində sədirlik etmək üçün, Bakı Dövlət Universitetinin rektoru Prof. Dr. Abel Məhərrəmov isə həmin qurultayın texniki elmlər sahəsində şurada Azərbaycan adından iştirak etmək üçün dəvət olunublar.

Türkiyə Cumuriyyəti hökümətinin xüsusilə Nəqliyyat Nazirliynin rəyasət heyətindəki beynəlxalq əlaqələrin qitə bağlantı layihələrinin çərçivəsində bir elmi film konfransı təşkil ediləcəkdir. AzMIU-da bu çərçivədə qurultayın təqdimatını və İstanbul Boğazında inşaa edilən Dünya insanlıq tarixinin iftixar layihəsi olan 3-cü boğaz köprüsünün dənizaltı boğaz keçişlərinin və Bakı Tiflis Kars dəmir ipək yolunu görüntülü-animasion filmi də təqdim edilib.

Tədbirdə Türk Dünyası Mühəndislər Birliyinin Birliyinin baş katibi cənab Dr. İlyas Dəmirçi növbəti qurultayın Bakıda keçirilməsi təklifini, 2016-cı ildə Bakının Türk Dünyası Mədəniyyət Baş idarəsi ilə birlidə təşkil olunmasını da bəyan etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR