Sabah növbəti sınaq imtahanı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Sabah növbəti sınaq imtahanı keçiriləcək

TQDK abituriyentlər üçün aprelin 20-də növbəti sınaq imtahanı keçirəcək.

Publika.Az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün Respublikanın 24 şəhər və rayonunda sınaq imtahanı keçiriləcək. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağıstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılmışdır və 49066 abituriyent qeydiyyatdan keçmişdir. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm