Qırmızı.az
Bu günün hava proqnozu
Bakıda və Abşeron yarımadasında aprelin 22-dən 23-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Temperaturu gecə 9-12°, gündüz 15-20° isti, Bakıda gecə 9-11°,
gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət
85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu
düşəcəyi ehtimalı var.
Temperatur gecə 3-7°, gündüz 12-17° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi
ehtimalı var.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu
düşəcəyi ehtimalı var.
Temperatur gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-8°,
gündüz 10-15° isti olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, gecə
və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə
intensiv olacağı ehtimalı var.
Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°,
gündüz 13-18° isti olacaq.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər