Qırmızı.az
KİVDF rəhbəri jurnalistləri tənqid etdi
"Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi kimi bir-birinə oxşayır".
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Sabunçu Rayon İcra Hakimiyyətində "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalistlər arasında keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Onun sözlərinə görə, müsabiqəyə təqdim olunmuş məqalələrin
əksəriyyəti çox zəif təsir bağışlayıb. Jurnalistləri ciddi tənqid
edən Vüqar Səfərli onların daha çox araşdırma aparmalı olduğunu
deyib: "Jurnalistlərin yazılarının əksəriyyəti inkubator cücəsi
kimi bir-birinə oxşayır. Əsasən statistik göstəricilərə yer
verilib, Rayon İcra Hakimiyyətinin hesabat və statistik
göstəricilərindən istifadə edilib. Araşdırmalar çox azdır.
Yazılarda çatışmazlıqlar demək olar ki, göstərilməyib. Ona görə də
yazıların əksəriyyəti aşağı bal toplayıb".
KİVDF-nin bu vaxta qədər jurnalistlər arasında keçirdiyi
müsabiqələr zamanı onlara 500 min manatdan artıq pul mükafatı
təqdim olunduğunu deyən V.Səfərlinin sözlərinə görə, verilən
mükafatın müqabilində media mənsublarından gözlədiklərini görə
bilmirlər: "Burada elə mükafatlar veririk ki, bəzi jurnalistlər heç
öz redaksiyalarında o qədər maaş ala bilmirlər. Amma bunun
qarşılığında biz istədiyimizi ala bilmirik".
Ona görə də Fondun icraçı direktoru jurnalistləri daha fəal olmağa,
müsabiqələrin elan edildiyi 1 ay ərzində tənbəllik etməyib heç
olmasa, bir neçə gün mövzu üzrə geniş araşdırma aparmağa
çağırıb.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."