Qırmızı.az
Bakıda daha bir körpə ölümü (TƏFƏRRÜAT)
Bakıda daha bir körpə ölümü baş verib.
ANS PRESS-in məlumatına görə, dünən Salyan rayonundan Respublika
Perinatal Mərkəzinə gətirilən 1977-ci il təvəllüdlü Təranə Əmirova
Əmirağa qızının bətnindəki körpə bu gün səhər saatlarında tələf
olub.
Xəstənin yaxınları ANS PRESS-ə açıqlamalarında uşağın ölümünə
həkim laqeyidliyinin səbəb olduğunu deyiblər. 37 yaşlı Təranənin
qaynı Ramin Dəmirli ANS PRESS-ə açıqlamasında, xəstəxananın
həkimlərinin xəstəyə laqeyd yanaşdıqlarını dedi: "Gəlinin vəziyyəti
yaxşı olmadığından Salyan Şəhər Xəstəxanasından göndərişlə Bakıya -
Perinatal Mərkəzə gətirdik. Əvvəlcə qəbul şöbəsində Lalə həkim
xəstəni qəbul etmək istəmədi. Dedi ki, əvvəla bizdən soruşmadan
sizi nahaq bura göndəriblər. İkincisi də xəstənizin vəziyyəti elə
də pis deyil, evə apara bilərsiz. Biz təkidlə xəstəxanaya
yerləşdirilməsini tələb etdikdən sonra Təranəni palataya
yerləşdirdilər. Təranəni qəbul şöbəsində adi müayinə etdilər və
ciddi bir probleminin olmadığını bildirdilər. Hətta bir daha bizə
məsləhət gördülər ki, rayona geri qaytarsanız daha yaxşıdır. Biz
onlara qulaq asmadıq və Təranəni xəstəxanada qoyub rayona getdik.
Bu səhər tezdən o bizə zəng vurub xəbər verdi ki, qarnındakı
körpənin ürək döyüntüləri dayanıb. Həkimlər də ona körpənin artıq
öldüyünü deyiblər".
Xəstəxana ilə əlaqə saxladıqda isə məlum oldu ki. T. Əmirovanın
vəziyyəti ağır olduğundan patoloji şöbəyə köçürülüb. Körpəsini
itirən Təranə Əmirova ANS PRESS-ə bildirib ki, şöbənin həkimi Aynur
Kasiyeva ona sistem köçürüb. Gecə və bu gün səhər saatlarında isə
ana uşağın bətnində hərəkət etmədiyini bildirib və həkimlərə
müraciət edib. Yoxlanış keçirildikdən sonra uşağın ürək
döyüntülərinin olmadığı bildirilib. Təranə Əmirova özü də
həkimlərin ona laqeyid yanaşdığını deyib və 7 aylıq körpəsinin
ölümündə həkimləri günahlandırıb.
Perinatal Mərkəzin Patoloji şöbəsinin həkimi Aynur Kasiyeva körpənin ana bətnində tələf olmasını genetik problemlərlə əlaqələndirdi və heç bir günahlarının olmadığını qeyd edib: "Xəstə artıq doğuş şöbəsinə köçürülüb. Tələf olmuş körpə ananın bətnindən süni doğuşla və ya qeysəyirə əməliyyatı ilə götürüləcək".
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO