Bakının yeni aeroportu nə zaman açılır?
Bizi izləyin

Qırmızı.az

Bakının yeni aeroportu nə zaman açılır?

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi 2014-cü ilin yazında istismara verilə bilər.

Bu barədə Publika.Az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, hazırda binanın tikintisi başa çatıb və artıq daxili işlər aparılır. Kompleksin bu ilin mart ayında istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimi 2011-ci ilin mart ayı 17-də keçirilib. Yeni aeroport ildə 3 milyon sərnişinə xidmət göstəriləcək kompleksin sahəsi 58 min kvadratmetrdir. Üçbucaq formasında inşa ediləcək dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcək. Mövcud terminal vasitəsilə isə yerli aviareyslər həyata keçiriləcək.


Yeni terminalın binasında 18 eskalator və 20 sərnişin lifti quraşdırılacaq. Burada beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcək. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaq.

Beşmərtəbəli Uçuşları İdarəetmə Mərkəzinin binasında ən son texnologiyalara əsaslanan meteoroloji radar sistemləri quraşdırılacaq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm