• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusların saxladığı “Naftalan” gəmisindən xəbər var

Rusların saxladığı “Naftalan” gəmisindən xəbər var

Ötən ilin avqust ayında Rusiya sərhədçiləri və FTX (FSB) tərəfindən qaçaqmalçılıqda şübhəli bilinərək saxlanan “Naftalan” gəmisi geri qaytarıla bilər.


Xəzər Dəniz Gəmiçiliyi QSC-dən AzNews.az - a daxil olan məlumata görə, artıq məsələ həll edilmək üzrədir. Gəminin yüklərinin də maşınlara boşaldıldığı qeyd olunur. Ancaq ikili sənədləşmədə təqsirli bilinən və Rusiya qanunları ilə 8 il müddətinə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulan kapitan Asif Məhərrəmovla bağlı heç bir tədbir görülməyib.

Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin köməkçisi Vüqar Sadıqov bildirdi ki, hazırda məsələ ilə bağlı istintaq bitməyib: “İstintaq prosesi yekunlaşmayıb. İstintaq bitən kimi hər şey aydınlaşacaq. Asif Məhərrəmov azadlıqdan məhrum olunmayıb. Ona qarşı sadəcə ittiham irəli sürülüb. Məhkəmədə hər şey araşdınlaşacaq, baxılacaq, müvafiq sənədlər təqdim olunacaq”.

Qeyd edək ki, “Naftalan” tankeri saxlanandan sonra faktla bağlı FTX-nin Dağıstan üzrə idarəsi tərəfindən 2013-cü il avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda “Naftalan” tankeri Mahaçqala dəniz limanına çəkilib. Tankerin kapitanı ilə köməkçisi Mahaçqala istintaq təcridxanasında həbsdə, 15 heyət üzvü isə tankerdə girovluqdadırlar. 10 ay həbsdə olan “Naftalan” gəmisi hər ay 30.000 manat ziyana düşür. Onu da xatırladaq ki, bir müddət öncə Rusiya qaçaqmala görə müsadirə etdiyi gəminin dəyərini istəmişdi. Lakin sabiq rəis Aydın Bəşirov bunu verməkdən imtina etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR