TQDK jurnalistikaya qeydiyyat müddətini uzatdı
Bizi izləyin

Qırmızı.az

TQDK jurnalistikaya qeydiyyat müddətini uzatdı

TQDK jurnalistikaya qeydiyyat müddətini uzatdı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti uzadıldı.

Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildiririlib ki, ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyat müddəti 12 may saat 23:59-a qədər uzadılıb.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm