Nazirdən İnternet portları ilə bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

Nazirdən İnternet portları ilə bağlı açıqlama

Nazirdən İnternet portları ilə bağlı açıqlama

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov internet portlarının daşınması məsələsinə aydınlıq gətirib.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, internet portların danışması bu gün bir neçə provayder tərəfindəın həyata keçirilir. Amma bunun mobil nömrə daşınması kimi olmadığını deyən nazir qeyd edib ki, burada bir az çətinliklər var:

“Əsas çətinlik odur ki, internet provayderlərin sayı çoxdur. Belə ki, ölkədə 40-dan çox provayder var. Bir neçə provayderlər portların daşınmasını təmin ediblər. Bu davam edəcək. Proses bazarda olan rəqabətə, keyfiyyətə və qiymətə müsbət təsir göstərəcək”.

Qazaxıstanla dənizaltı kabel magistralının çəkilməsi ilə bağlı sualı cavablandıran nazır bidlirib ki, bu yaxınlarda BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycanın koordinatorluğu ilə Avrasiya Xüsusi Rabitə Alyansı yaradılıb:

“Artıq bu Alyansın fəaliyyətinə başlayağacıq. Onun layihələrindən biri də TASİM layihəsidir. Həmin istiqamədə artıq müəyyən hazırlıq işləri görülməkdədir. Biznes layihəsi böyük operatorlar tərəfindən hazırlanır və bu, həyata keşçriləcək. Azərbaycanın koordinatoru olduğu bu alyansda belə layihələrin sayı çox olacaq”.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm