Həm zorlandı, həm də şəriət qaydası ilə şallaqlandı - Foto
Bizi izləyin

Qırmızı.az

Həm zorlandı, həm də şəriət qaydası ilə şallaqlandı - Foto

İndoneziyada dul qadın evli kişi ilə cinsi əlaqədə olduğu üçün kütləvi zorlanmaya məruz qalıb. Hadisə İndoneziyanın Banda Aceh əyalətində baş verib.

Təcavüzçülər cütlüyün evdə sekslə məşğul olduğunu görüb qadını 40 yaşlı kişi ilə “ədəbsiz seksual münasibətlərdə” günahlandırıblar.

Təcavüzçü qruplaşma 25 yaşlı qadının tərəf müqabilininin əl-qolunu bağlayıb döyüblər və onun gözləri qarşısında qadını zorlayıblar. Sonra qadını polis təhvil alıb. Onun haqda polisə Şəriət qaydalarına zidd olaraq nikahdan kənar cinsi münasibətdə olması məlumatı verilib. Lakin sonradan qadının kütləvi zorlanmaya məruz qalması aşkar edilib. Təcavüzçülərdən 3 nəfəri həbs edilib, digərləri isə qaça bilib. Buna baxmayaraq, Şəriət qaydalarını pozduğu üçün qadın və 5 uşaq atası, evli olan tərəf müqabili ilə birgə küçədə çubuqla cəzalandırılıb.

Dini qanuna görə, kişi və qadın 9 dəfə çubuqla şallaqlanıb. 13 yaşlı yeniyetmənin də daxil olduğu təcavüzçü qrupun günahı təsdiqlənərsə, onlara da şallaq cəzası veriləcək. Təcavüzçü qrupun digər 5 üzvü axtarışdadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm