Naxçıvanda konsert zamanı bədbəxt hadisə: Yaralılar var
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda konsert zamanı bədbəxt hadisə: Yaralılar var

Naxçıvan Muxtar Respublikasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunmuş bayram konsertində beton pillələrin çökməsi nəticəsində bədbəxt hadisə baş verib. Yaralılar olduğu bildirilir.

Hadisə təxminən saat 20.30 radələrində baş verib.

Məlumatda bildirilir ki, yeni təmirdən çıxmış Tarix-Memarlıq Kompleksinin keçidində dayanıb konsertə tamaşa edən şəhər sakinlərinin ayağının altından beton pillələr uçub. Nəticədə bir neçə şəhər sakini ciddi xəsarət alıb.

Baş vermiş bədbəxt hadisədən sonra konsert yarımçıq dayandırılıb. Hadisədə yaralananlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. /Akutal.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm