Adam öldürməyə görə 25 il cəza veriləcək
Bizi izləyin

Qırmızı.az

Adam öldürməyə görə 25 il cəza veriləcək

Adam öldürməyə görə 25 il cəza veriləcək


Azərbaycanda ağır cinayət törətmiş şəxslərə qarşı cəzalar sərtləşdiriləcək. Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, bunun üçün Cinayət Məcəlləsinin bir çox maddələrinə dəyişiklər edilməsi nəzərdə tutulur.

Komitə üzvü deyib ki, elə cəzalar var ki, ölkə qanunvericiliyində bunun sərtləşdirilməsinə ehtiyac görülür: “Bunun üçün təmsil etdiyim Komitədə qərara alınıb ki, Cinayət Məcəlləsinin bir çox maddələrinə dəyişiklik edilsin və bəzi cinayət növləri üzrə 25 ilə qədər cəzalar artırılsın. Burda ağır cinayətlərdə - dini radikal və silahlı birləşmələr, adam öldürmə hallarına görə cəzalar sərtləşdiriləcək. Bu müsbətdir. Hazırda bu müzakirə mövzusudur. Konkret hansı maddələrin üzərində durulması isə ayın 30-dək KİV-lərə açıqlama veriləcək”.

Ç.Qənizadə vurğulayıb ki, Cinayət Məcəlləsinin maddələrinə dəyişiklik may ayın 30-dək Milli Məclisin Komitə iclaslarında baxılıb plenar iclasa çıxarılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm