Zahid Oruc: “Azərbaycan dünyagörüşü qadını at belindən mətbəxə endirib”
Bizi izləyin

Qırmızı.az

Zahid Oruc: “Azərbaycan dünyagörüşü qadını at belindən mətbəxə endirib”

Zahid Oruc: “ Azərbaycan dünyagörüş sistemi qadını at belinə qaldırıb, sonradan mətbəxə endirib”

Qadına əsgər paltarını-yəni mundiri geyindirərək xidmətə aparmaq praktikası Azərbaycanda yoxdur.

Bunu Publika.az-a açıqlamasında Millət vəkili Zahid Oruc söyləyib: "Azərbaycanda qadınların hərbi xidmətə yollanması məsələsi zaman-zaman gündəmə gəlib. Azərbaycan dünyagörüş sistemi qadını at belinə qaldırıb, sonradan mətbəxə endirib. İndi yetərincə hərbi sferada qadınlarımız çalışır. Bundan başqa, ictimai- siyasi fəaliyyətlə məşğul olan qadınlarımızın da sayı çoxdur. Ancaq buna baxmayaraq, qadınların daha ağır şəraitdə əlinə silah götürüb hərbi xidmətə getməsini təkilf eləmək, bununla bağlı qanunvericilikdə dəyişiklik etmək bu günün reallığına uyğun deyil. Bütün hallarda dövlətin təhlükəsizlik problemləri kişilərin üzərinə düşməlidir"-deyə millət vəkili əlavə edib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm