İdarə rəisinin müavini polis rəisi göndərildi
Bizi izləyin

Qırmızı.az

İdarə rəisinin müavini polis rəisi göndərildi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.

Nazirlikdən publika.az-a verilən məlumata görə, nazirin əmri ilə A.Həsənov Astara rayon polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm