Dilçilik İnstitutu Həbib Zərbəliyevi məhkəməyə verəcək
Bizi izləyin

Qırmızı.az

Dilçilik İnstitutu Həbib Zərbəliyevi məhkəməyə verəcək

“Həbib Zərbəliyevin işdən çıxarılması ilə bağlı yazdığı ərizəni imzalamayacam. Çünki H.Zərbəliyev monitorinq şöbəsinin rəhbəri və institutda baş mütəssəsis kimi maaş alıb. O ya aldığı maaşı geri qaytamalı, ya da işləri yekunlaşdırmalıdır. Əks halda, onu məhkəməyə verəcəyik. Məhkəmə yolu ilə iş gördüyünü sübut etsə, cəmiyyət qarşısında ondan üzr istəyəcəm. Onun işi yoxdursa, pulu dövlətə qaytarmalıdır. Hətta işə gəlmədiyinə görə, intizamsızlıq töhməti verəcəm. Ərizəsi yazılana qədər işə gəlməlidir. Ərizəsi mənə çatmadan mətbuata açıqlama verib. Bu da H.Zərbəliyevin demaqoq olduğunu göstərir”. Bu sözləri publika.az-a açıqlamasında Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev deyib.

Ötən gün H.Zərbəliyev mətbuata açıqlamasında Dilçilik İnstitutunda ona qarşı qərəzli münasibətin olması ilə bağlı açıqlama verib.

T.Hacıyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq H.Zərbəliyevə tapşırılmış işin yerinə yetirilmədiyini deyib.

Direktorun sözlərinə görə, Dövlət Proqramına əsasən, yaradılmış Monitorinq şöbəsinin fəaliyyəti barədə mayın 16-da iclas keçirildi. Bu hesabat müvafiq proqramla bağlı sərəncamın 1 ilinin və şöbənin yaradılmasının 5 ayının tamam olması ilə eyni vaxta təsadüf edirdi. Şöbə müdiri H.Zərbəliyevə bu hesabat iclası barədə məlumat verəndə, o, hələ tez olduğunu dedi. Hətta “nə etmişik ki?!” deyə bildirdi. H.Zərbəliyev ona tapşırılan işi yerinə yetirməməsini proqramçıların olmaması ilə əlaqələndirib.

“İnstitutun proqramçıları var və lazım olsa, yetişdirə bilərik. H.Zərbəliyev isə kənardan yeni proqramçı gətirmək istəyirdi. Üstəlik, 1500 manata maaş verilməsi şərti ilə. Biz bunu necə təmin edə bilərik? Bizim proqramçılar isə 200-300 manat maaş alır. Görünür, kənardan başqa bir şəxsin gəlməsi onun marağında imiş”.

İnstitut direktoru bildirib ki, H.Zərbəliyev iş görməməsinin səbəbini Kompüter Dilçiliyi şöbəsinin işləməməsi ilə əlaqələndirib:

“Həmin şöbənin müdiri bu il fevralın 3-də ərizə yazaraq işdən çıxıb. Çünki ona başqa bir şirkətdə daha yüksək maaşla iş təklif edilib. Həmin vəzifəyə bir neçə gün sonra həmin şöbənin başqa bir əməkdaşı Kamilə Vəliyevanı təyin etdik. H.Zərbəliyev isə şöbə müdirinin işdən azad edilməsini əsas gətirərək, həmin paraqraf üzrə işi dayandırdığını deyir. Həmin şöbə üzrə işlər Dövlət Proqramının 40%-ni təşkil edir.

Amma o, bu qədər önəmli istiqamət üzrə işi dayandırması barədə nə direktor olaraq mənə, nə də müvafiq şöbəyə heç bir məlumat verməyib. Bundan başqa, o, Nazirlər Kabinetindən maraqlana bilərdi. H.Zərbəliyev eyni binada hansı işlərin aparılması ilə maraqlanmayıb, amma mətbuata məlumatı asanlıqla verir”.

T.Hacıyevin sözlərinə görə, hesabat çıxışında H.Zərbəliyev işləri yerinə yetirməməsini “Qaynar xətt"in fəaliyyətinin onu qane etməməsi ilə əlaqələndirib, lakin bunu da əsaslı irad hesab edə bilmərik. Çünki problemləri aşkarlamaq üçün yalnız “Qaynar xətt”ə daxil olan şikayətlər ilə kifayətlənmək olmaz:

“Monitorinq şöbəsinin fəaliyyəti təkcə, şikayətləri qeydə almaq deyil, dərman, reklam, küçə adlarının monitorinqini aparmaqdır. Məsələn, apteklərdəki dərmanların içliklərində yazılar müxtəlif dillərdədir. Monitironq şöbəsi onların hamısını aşkar edib, tərcümə etməli idi. Bunun üçün də Səhiyyə Nazirliyi ilə, küçələrdə aparılan monitorinqlər üçün müvafiq icra hakimiyyətləri ilə də müqavilə bağlanmalı idi. Bunun üçün də müvafiq qurumlardan görülən işə görə instituta pul köçürülməli idi. Bu vaxta qədər isə heç bir təşmkilatla müqavilə imzalanmayıb. Ona heç bir iş görmədiyini deyəndə, H.Zərbəliyev “O, Tofiq Hacıyevin fikridir” deyirdi”.

T.Hacıyev bildirib ki, yalnız H.Zərbəliyev deyil, şöbənin digər əməkdaşları da plansız işləyib.

“Azərbaycan Dövlət Televiziyası ilə əlaqə yaratmışıq ki, ayda bir dəfə monitorinqin nəticələri barədə məlumat verilsin. Amma monitorinq nəticəsi olmayıb. İşlər planlı şəkildə aparılmayıb. Hər dəfə soruşanda iş getdiyini deyirdi. Hesabatda məlum oldu ki, şöbə ölü vəziyyətində olub. Iclasdan sonra H.Zərbəliyevin hesabatı ilə bağlı xəbərdarlıq xarakterli əmr verdim, işləri qaydasına salmaq üçün ona 1 ay vaxt verilib. O isə işdən çıxarılmasını özünə qarşı haqsızlıq adlandırıb. O, işləri yarıtmadığını, müvafiq proqram üzrə ona tapşırılmış işi yerinə yetirməkdə aciz olduğunu qeyd etsin, ondan sonra ərizəsini imzalayacam.

Ərizəsində qeyd etdiyi şiddətli töhmət isə ona işinə yox, digər işçilərin fəaliyyətinə maneə olduğuna görə verilib. Baş mütəxəssis olaraq monitorinq şöbəsinə nəzarət etməli idi. Amma bir neçə gün əvvəl baş mütəxəssis vəzifəsindən azad edilib. İnstitut direktoru olaraq bu barədə mənə məlumat verməli idi. Özü də qəbul edib ki, işi yerinə yetirə bilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm