Sevgilisinin başını kəsən qısqanc gəncə 14 illik həbs
Bizi izləyin

Qırmızı.az

Sevgilisinin başını kəsən qısqanc gəncə 14 illik həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində münasibətdə olduğu qadını öldürməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Rafiq Ələkbərovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rafiq Ələkbərov ötən il dekabrın 26-dan 27-nə keçən gecə Dərnəgül qəsəbəsindəki yataqxanada 1986-cı il təvəllüdlü Aynurə Kazımovanın başını kəsərək öldürüb. Aynurə ilə Rafiq qeyri rəsmi-münasibətdə olublar.

İki uşaq anası olan Aynurə Kazımova ərindən məhkəmə yolu ilə boşanıb, amma onlar bir evdə yaşayıblar. Əri vaxtaşırı gecə növbəsində olan Aynurə Kazımova Rafiq Ələkbərovla görüşürmüş.

“Cinayəti qisqanclıq zəminində törətmişəm”

Hadisə baş verən günü Rafiq Aynurənin başqa bir kişi ilə münasibət qurmasından şübhələnib. Buna görə onların arasında mübahisə yaranıb. Bu zaman Rafiq bıçaqla Aynurənin boğazını kəsib, daha sonra yastıqla boğub.

Hadisə Aynurənin azyaşlı uşaqlarının gözləri qarşısında olub.

Rafiq cinayəti törədəndən sonra Aynurəyə aldığı televizoru, paltaryuyan maşını, noutbuku, mobil telefonu götürərək hadisə yerindən qaçıb. Binəqədi polisi Rafiq Ələkbərovu hadisədən bir gün sonra həbs edib.

Rafiq Ələkbərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rafiq Ələkbərov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm